Kitabxanaçılar üçün təşkil edilmiş seminarın
H E S A B A T I
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2016-cı il tarixli 226 nömrəli qərarı ilə “Ümumtəhsil Məktəbi Kitabxanası haqqında Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 fevral 2000-ci il tarixli 133 nömrəli əmrinin qüvvədən düşməsi haqqında Respublika Elmi Pedaqoji Kitabxanasının “Ümumtəhsil Müəssisəsinin Kitabxanasının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsini nəzərə alaraq və Təhsil Nazirliyinin 26 sentyabr 2016-cı il 587 nömrəli əmrini rəhbər tutaraq Respublika Elmi Pedaqoji Kitabxanası seminar keçirmişdir. Seminarın məqsədi “Ümumtəhsil Müəssisəsinin Kitabxanasının Nümunəvi Əsasnaməsi”ndə olunan dəyişiklikləri məktəb kitabxanaçıları ilə müzakirə etməkdir. Seminarların təşkili üçün 5 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu aşağıdakı tərkibdə müəyyənləşdirilmişdir: Məmmədova Şəfiqə, Əliyeva Sevda, Şahmuradova Tükəzban, Cəfərzadə Pərvin, Atayeva Könül.
Bakı şəhəri məktəb kitabxanaçılarının seminarda iştirakı üçün 212 məktəbə telefonoqram göndərilmişdir. Dəvət olunmuş kitabxanaçılar hər birində 20 nəfər kitabxanaçı olmaqla 12 qrupa bölünmüşdür. Seminar 12 gün müddətində keçirilmişdir. Seminarda Əsasnamənin müddəaları bəndlərlə müzakirə edilmişdir:
1. Ümumi müddəalar
2. Kitabxananın fəaliyyətinin əsasları
3. Kitabxananın idarə olunması
4. Kitabxana işinin elmi-metodik və kadr təminatı
5. Kitabxananın hüquq və vəzifələri
6. Kitabxananın işçilərinin hüquq və vəzifələri
7. Oxucuların hüquq və vəzifələri
8. Müəllim və valideynlərin kitabxana ilə əməkdaşlığı
9. Kitabxananın maddi-texniki bazası və iş rejimi
Müzakirələrdə Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru Tamilla İsmixanova çıxış etmiş, kitabxanaçıları maraqlandıran sualları cavablandırmışdır. Seminarın sonunda hər bir kitabxanaçıya “Təhsil müəssisələrinin kitabxanalarında kütləvi tədbirlər və təbliğat formaları”, “1905-1906-cı illərdə erməni-müsalman davası” kitablar paylanmışdır.